Xəbərlər

Kreativ reklam buna deyərlər

Müəllif : Filankəs    November 18,2019

Moschino geyim brendi hər zaman yeni kolleksiyalarının yaradılması və onun reklam olunmasınında qeyri-standart yanaşma tərzi ilə fərqlənib. Bu dəfə də Moschino yeni reklam çarxlarında hamını yenidən təəccübləndirib. Video çarxda İrina Şeyk Coan Smolls və Cidci Xadid əməlli-başlı saçyolduya çıxıb, əlbəyaxa olublar. Məncə, bu reklam çarxında dəbli geyim brendi həm paltarlarının necə davamlı və kefiyyətli həm də qadınları istənilən vəziyyətdə ideal görünmələrini tam təmin edəcəyini nümayiş etdiriblər. ...

Neslihanla Engin bir arada

Müəllif :    August 01,2019

 

Türkiyəli aktrisa Neslihan Atagül yeni mövsümdə “Star” TV-də yayımlanması planlaşdırılan “Səfirin qızı” adlı serialda rol alacaq. Onun partnyoru isə aktyor Engin Akyürek olacaq.Qeyd edək ki, Neslihan sonuncu dəfə “Dip” adlı internet serialında rol alıb. Engin Akyürekin son işi isə “Kara Para Aşk” olub.

CeyLo üçün Ərdoğanın qaldığı villa hazırlanacaq

Müəllif :    August 01,2019

  Dünyaca məşhur Cennifer Lopezin Antalyada konsertinə sayılı günlər qalıb. Təşkilatçılar bir ildir ki, bu konsertə hazırlaşdıqlarını bildiriblər. "Onun kimi bir sənətçini Türkiyə gətirtmək asan deyildi. Bunun üçün bütün güvənlik önləmlərini almışıq. Müğənni və ailəsi üçün G20 Liderlər Zirvəsində Rəcəb Tayyib Ərdoğanın qaldığı güllə keçirməz şüşəli villanı hazırlamışıq" deyə, konsertin keçiriləcəyi otelin idarə heyətinin üzvü Deniz Üstertuna bildirib. Qeyd edək ki, dünya ulduzunun konsertine biletin qiyməti 4-20 min dollar arasındadır. ...

Loading...