Xəbərlər

Neslihanla Engin bir arada

Müəllif :    August 01,2019

 

Türkiyəli aktrisa Neslihan Atagül yeni mövsümdə “Star” TV-də yayımlanması planlaşdırılan “Səfirin qızı” adlı serialda rol alacaq. Onun partnyoru isə aktyor Engin Akyürek olacaq.Qeyd edək ki, Neslihan sonuncu dəfə “Dip” adlı internet serialında rol alıb. Engin Akyürekin son işi isə “Kara Para Aşk” olub.

CeyLo üçün Ərdoğanın qaldığı villa hazırlanacaq

Müəllif :    August 01,2019

  Dünyaca məşhur Cennifer Lopezin Antalyada konsertinə sayılı günlər qalıb. Təşkilatçılar bir ildir ki, bu konsertə hazırlaşdıqlarını bildiriblər. "Onun kimi bir sənətçini Türkiyə gətirtmək asan deyildi. Bunun üçün bütün güvənlik önləmlərini almışıq. Müğənni və ailəsi üçün G20 Liderlər Zirvəsində Rəcəb Tayyib Ərdoğanın qaldığı güllə keçirməz şüşəli villanı hazırlamışıq" deyə, konsertin keçiriləcəyi otelin idarə heyətinin üzvü Deniz Üstertuna bildirib. Qeyd edək ki, dünya ulduzunun konsertine biletin qiyməti 4-20 min dollar arasındadır. ...

Onlar ötən il İnstaqramdan milyonlar qazanıb - Siyahı

Müəllif :    July 25,2019

“Hopper HQ” adlı İnstaqram analizi xidməti 2019-cu ildə İnstaqramda ən çox pul qazanan müğənnilərin siyahısını hazırlayıb. Dünyaca məşhur döyüşçü Konor Makqreoqrun 31 milyon izləyicisi var, hər paylaşıma görə 169 min dollar qazanır. O, bu siyahıda 25-ci yerdədir. Futbolçu Zlatan İbrahimoviç 22-ci pillədədir. O, 37 milyon izləyicisi ilə hər paylaşıma görə 200 min dollar qazanır. Hindistanlı aktrisa Priyanka Çopra bir paylaşımı 271 min dollara edir. O, siyahıda 19-cu yerdə qərarlaşıb. Devid Bekhamın 56,6 milyon izləyicisi var. Futbolçu bir postu 357 min dollara paylaşır. Eks-idmançı siyahının 17-ci pilləsindədir. Dünya şöhrətli model Kendal Cenner siyahıda 13-cü yerdədir. O, 112,9 milyon izləyicisinə reklam paylaşımı üçün 611 min dollar tələb edir. Müğənni Teylor Svift 748 min dollara reklam paylaşımı edir. O, dünyada İnstaqmradan ən çox qazanan məşhurlar içərisində 8-ci pillədədir.   Yeddinci yerdə Beyons qərarlaşıb. O, 128,8 milyon izləyiciyə xitab edir. Bunun üçün isə hər dəfə 785 min dollar istəyir. İlk beşlikdə Selena Qomez var. Qomez 886 min dollar almaqla,reklam yayımlaya bilir. Onun 152,7 milyon izləyicisi var. Məşhur pornoulduz Kim Kardaşyanı izləyənlərin sayı 142,7 milyondur. O, bir paylaşım üçün 910 min dollar pul alır. Kardaşyan bu siyahıda dördüncü yerdədir. Kristiano Ronaldu 975 min dollar qarşılığında reklam paylaşımı edir. Fubtolçu 172,8 milyon izləyicisi ilə bu siyahıda üçüncü pillədə yerini bərkidib. Son illərin ən parlaq ulduzu Ariana Qrande 158,4 milyon izləyicisi ilə ikinci yeri tutub. Onun bir paylaşımı 996 min dollar dəyərindədir. Dünyanın ən gənc milyarderi olan Kayli Cenner ilk pillədədir. Onun 139,2 milyon izləyici kütləsi var. Hər paylaşım üçün qazancı 1 milyon 266 min dollardır. ...

Loading...