Merve Boluğur müflis oldu

Müəllif: :

 

Son zamanlar özəl həyatı ilə gündəmdən düşməyəntürkiyəli məşhur aktrisa Merve Boluğur ata evinə qayıdıb. Araz FM-in xəbərinə görə, Merve ötən aylarda psixoloji problemləri olduğu üçün xaricə müalicəyə getmişdi. Həyat yoldaşından boşanması, biznesinin iflas etməsi və heç bir layihədən təklif almaması onu depressiyaya salıb. Hər şeyi yoluna qoymaq üçün Boluğur bir müddət ailəsi ilə yaşamağa qərar verib. Xatırladaq ki, Merve Boluğur Murat Dalkılıçla boşanandan sonra İstanbulun İstinye rayonunda aylıq kirayə haqqı 5 min lirə olan evdə yaşayırdı.