Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Müəllif: :

Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin növbəti buraxılışı gerçəkləşəcək. Layihənin ikinci yarımfinalında 18 ölkə təmsilçisi çıxış edəcək. Onlar Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniyadır. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq. Qeyd edək ki, dünən ikinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah  bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.