Tarkan izləyicilərindən kömək istədi

Müəllif: :

 

Türkiyənin meqastarı Tarkan sosial şəbəkə istifadəçilərindən kömək istəyib. Sənətçi hər kəsi təbiəti qorumağa səsləyib. "İnsan olaraq təbiətə, heyvana, ağaca, havaya, suya, ümumiyətlə dünyaya verdiyimiz ziyan o qədər böyükdür ki... Belə davam etsək, 30-40 il sonra bir çox heyvan növlərini itirəcəyik. Meşələri yox olmuş, dəniz və okeanlarda balıqların yox olduğunu görəcəyik. Bunun nəticəsi heç kim üçün parlaq deyil. Açdığımız yaraları bağlamalıyıq" deyə, Tarkan paylaşımında qeyd edib