İkiqat zərbə

Müəllif: : Filankəs

Hindistanın Tamiland ştatında iki qadın Dineş adlı şəxsi əməllicə döyüblər. Yerli polis orqanlarının müdaxiləsindən sonra məlum olub ki, Dineş bu iki qadının əridir. İlk dəfə 2016-cı ildə ailə quran Dineş üç il sonra ikinci dəfə evlənib. Üçüncü dəfə ailə qurmaq istəyəndə isə, onun həyat yoldaşları bu haqda xəbər tutaraq öz etirazlarını ona fiziki zorakılıqla - sillə, yumruq və iki təpiklə bildiriblər. Hal-hazırda sevginin qurbanı olan Dineş polis tərəfindən saxlanılıb, çünki Hinditan qanunvericiliyinə əsasən, çoxarvadlılıq, yəni poliqam ailə, ölkədə qadağandır.