Yeni mövsümdə uşaq!

Müəllif: : Filankəs

Castin Biber həyat yoldaşı Xeyli Bolduini 23 yaşının tamam olması münasibəti ilə təbrik edərək fanatlarına tez bir zamanda ata olacağınada işarə edib. Öz instaqram hesabında Biber sentyabr ayında baş tutmuş toylarından bir neçə şəkil paylaşaraq həyat yoldaşına romantik kəlmələr yazıb. Yazıda isə ən çox diqqət çəkən “yeni mövsümdə uşaq” kəlməsi olub. Həyat yolsaşına alınan hədiyyəyə gəldikdə isə, bu, 50 min dollar civarında dəyərləndirilən Audemars Piguet brendli saat olub.