Məşhur cizgi filminin qəhrəmanı qadınlardan ibarət auditoriyanı yaman qıcıqlandırıb

Müəllif: : Filankəs

“Frozen”, yəni “Soyuq qəlb” adlı cizgi filminin birinci hissəsi 2013-cü ildə işıq üzü görüb və izləyicilər tərəfindən çox bəyənilir. İkinci yeni hissəsində isə ssenaristlərin şablon məhəbbət intriqalarından imtina etməsi bəyənilsə də, baş qəhrəmanın makiyajı feminist qadınlarda qıcıq hissi oyadıb. Tənqid edən izləyicilərin fikrincə, cizgi filminin hadisələrinin cərəyan etdiyi dövrdə qadınlar makiyajda “smoky eyes” üslubundan istifadə etmirdilər, bundan əlavə, qəhrəmanların üz cizgilərinin realistik olmaması və uşaq cizgilərinin olması tənqidə səbəb olub.